"Qəbələ"nin yeni fan-qrupu fəaliyyətə başlayıb.
"Red black army" adlı fan-qrupun müvəqqəti rəhbəri Cavad Şərifli İdmanxeber.com-a bildirib ki, qrup hələlik "Qəbələ"nin ev oyunlarında doğma komandanı dəstəkləyəcək. Amma ikinci dövrədən səfər matçlarına getmək də planlaşdırılır. Əlavə edək ki, "Red black army" (Qırmızı-qara ordu) adlı fan-qrup ötən "Rəvan"la matçda ilk dəfə iş başında idi.