Kateqoriyasız

“Qəbələ” üçün rus və türk

Cari mövsümünün hazırlıqlarını Antalyada davam etdirən “Qəbələ”nin toplanış çərçivəsində keçirəcəyi sınaq görüşləri barədə məlumat vermişdik.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, öncədən 4 rəqibi (13 yanvar – “Tobol” Qazaxıstan, 16 yanvar – “Konyaspor” Türkiyə, 20 yanvar – “Spartak” Qazaxıstan, 22 yanvar – “Volqa” Rusiya) müəyyənləşən “Qəbələ”nin daha iki rəqibinin adına aydınlıq gəlib.

Təlim-məşq prosesi çərçivəsində “qırmızı- qaralar” ilk matçda – yanvarın 10-da Türkiyə təmsilçisi “Maltepespor”la, digər oyunda – yanvarın 25-də isə Moskva “Torpedo”su ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43