İdman

“Qəbələ” uduzdu, “Sumqayıt” səfərdə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci tura yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə də 2 qarşılaşma keçirilib. “Zirə” doğma meydanda 3 cavabsız qollar “Qəbələ”dən üstün olub. “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 45 xalla “Qəbələ” başçılıq edir. “Səbail” 2-ci (39 xal), “Qarabağ” isə üçüncü (34 xal) pillədə qərarlaşıb.


9 aprel (bazar ertəsi)

“Zirə” – “Qəbələ” – 3:0
Qollar:
 Mirsahib Abbasov, 56, Orxan Əliyev, 60, Tapdıq Əhmədov, 65

“Neftçi” – “Sumqayıt” – 1:2
Qollar:
 Cavidan Qasımlı, 50 – Elvin Nəsibov, 9, 64


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43