İdman

“Qəbələ” və “Netçi”nin istədiyi futbolçu qərarını verdi

“Qəbələ” və “Neftçi”nin heyətinə qatmaq istədiyi Albaniyanın “Skenderbeu” klubunun hücumçusu Ceyms Adeniyi Makedoniyadan daha cəlbedici təklig alıb.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı hücumçuya Makedoniyanın “Vardar” klubundan 200 min avroluq təklif gəlib. “Skenderbeu” tərəfi də, bu təklifə “yox” deyə bilməyib.

Qeyd edək ki, “Qəbələ” nigeriyalı forvarda görə “Skenderbeu”ya 120 min dollar ödəməyə hazır idi. Lakin klub bu məbləğin az olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43