19 Fevral 2025
Premyer Liqa

“Qəbələ” və “Simurq” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Qəbələdə eyni adlı komanda Naxçıvanın "Araz Naxçıvan" kolletivini qəbul edəcək. "Neftçi"ni darmadağın edən Əsgər Abdullayevin yetirmələrinin "Qəbələ" qarşısında hansı nəticə qazanacağı maraqla gözlənilir.

"İnter"ə darmadağın olan Munteyanulu "Qəbələ" isə debütantı məğlub etməklə yeni mövsümdə ilk qələbəsini qazanmaq niyyətindədi. 

Günün digər matçı Zaqatalada keçiriləcək. Burada il turda "Xəzər Lənkəran"dan bir xala qoparan AZAL və "Bakı"yla səfər matçı baş tutmayan "Simurq" üz-üzə gələcək.

Qeyd edək ki, iki turdan sonra türnir cədvəlinə “Sumqayıt” başçılıq edir.

17 avqust (bazar)

Azərbaycan Premyer Liqası, II tur

20:00.“Qəbələ” – “Araz Naxçıvan” – 1:0

Qol: Cavid Hüseynov, 18-pen.

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Xəlil Hüseynli

Qəbələ şəhər stadionu.

19:00.“Simurq” – AZAL – 2:0

Qol: Rəşad Eyyubov, 5 (1:0), Tural Nərimanov, 16-avtoqol (2:0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov

Zaqatala şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43