Paytaxtın AZAL klubunun bir futbolçusu sıradan çıxıb.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, “təyyarəçilər”in gənc müdafiəçisi Murad Ağayev komandanın son məşqində zədələnib. Məşqi yarımnçıq tərk edən Muradın zədəsinin nə dərəcədə ciddi olub-olmaması bu gün həkim müayinəsindən sonra bilinəcək.
Onun azı 2 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Bu isə o deməkdir ki, Ağayev “Qəbələ” ilə XIV, “Xəzər Lənkəran”la XV tur keçiriləcək oyunlarda Ağayevin xidmətindən məhrum olacaq.