Ölkə futbolu

“Qəbələ” xal vermədiyi rəqibə qarşı

“Qəbələ” Premyer Liqanın III turunda – avqustun 19-da “Sumqayıt”la qarşılaşacaq. 

 Bu matç komandalar arasında 5-ci qarşılaşma olacaq. 

“Gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar” üçün ən uğurlu rəqiblərdən sayılır. Belə ki, “Qəbələ” bu rəqiblə əvvəlki oyunların hamısında istisnasız qələbələr qazanıb.

Sözügedən matçların hamısı çempionata təsadüf edib. Həm 2011/12, həm də 2012/13 mövsümünün təsnifat mərhələsində komandalar 2 dəfə üz-üzə gəlib. Heç vaxt kubokda üz-üzə gəlməyən rəqiblərin bütün görüşlərində 3 xalı “Qəbələ” əldə edib.

Maraqlıdır ki, 4 oyunda 4 müxtəlif hesab qeydə alınsa da, qalib dəyişməyib. Müxtəlif hesablı qələbələr qazanan “qırmızı-qaralar” bu matçlarda 10 top vurub və 3-nü buraxıb. Bu qarşılaşmaların birində qəbələlilər böyük hesabla da qalib gəlib.

3-cü dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfər oyunlarında minimal fərqlə qalib gəlir. 2 il əvvəl 2:1 hesabına sevinən qonaqlar ötən il 1 qolla 3 xal əldə etmişdi.

2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt Şəhər – Qəbələ 1:2
2011/12 04.12.2011 Premyer Liqa Qəbələ – Sumqayıt Şəhər 3:1
2012/13 26.08.2012 Premyer Liqa Qəbələ – Sumqayıt 4:1
2012/13 08.12.2012 Premyer Liqa Sumqayıt – Qəbələ 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43