Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilir.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Zaqatalada "Qəbələ" "Simurq"un qonağı olacaq.
2015-ci ilin startından bu yana 2 oyunda 4 xal qazanan "Simurq" Qriqorçukun rəhbərliyi altında iki matçda 3 xal qazanan "Qəbələ"ni məğlub etməklə avrokuboklara olan iddiasını daha da artırmış olacaq.
Azərbaycan Premyer Liqası
21-ci tur
10 fevral
17:00. “Simurq” – “Qəbələ” 2:0
Qol: Draqan Çeran, 25 (1:0), 45+3, (2:0)
Qırmızı vərəqə: Dmitri Bezotosnı, 45+1 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zaqatala şəhər stadionu.