22 Oktyabr 2024
Premyer Liqa

“Qəbələ” zirvəni əldən vermədi

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış matçı Sumqayıtda olacaq. Burada "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək.

Günün digər matçı isə "İnter Arena"da keçiriləcək. Turun mərkəzi qarşılaşmasında "İnter" və "Qəbələ" münasibətlərə aydılıq gətirməyə çalışacaq.

Qeyd edək ki, bu turdan sonra çempionatda fasilə yaranacaq. Belə ki, millimizin Qətərlə yoxlama matçı ilə əlaqədar 22-ci tur martın 13-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”  0:4
Qol: Migel Madera, 23 (0:1); Riçard Almeyda, 45 (0:2); Muarem Muarem, 49 (0:3); Bədavi Hüseynov, 60 (0:4)

Sumqayıt. Şəhər stadionu

20:00. “İnter” – “Qəbələ”  0:2
Qol: Tellur Mütəllimov, 71 (0:1), Daniel Subotiç, 81 (0:2)

“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”

8-ci km qəsəbə stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43