Qəbələ”nin braziliyalı futbolçusu Luis Paulo cəzalı vəziyyətə düşüb.
27 yaşlı yarımmüdafiəçi dünən “Simurq”la matçda dördüncü sarı vərəqəsini alaraq limiti doldurub. O, Premyer Liqanın XXV turu çərçivəsində “Neftçi” ilə keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.