Hazırda “İnter”lə qarşılaşan “Qəbələ” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”ın aparıcı üzvü Sergey Zenyov zədələnib. Zədəsi ciddi olan estoniyalı futbolçu qarşılaşmanın 29-cu dəqiqəsində yerini Samir Zərgərova verib.
Zenyovun zədəsinin nə dərəcədə ciddi olub-olmamasına həkim müayinəsindən sonra tam aydınlıq gələcək.