İdman

“Qəbələ”də Dabo müəmması başa çatır: Razılıq əldə olundu! (RƏSMİ AÇIQLAMA)

“Qəbələ” hücumjçusu Baqali Dabo ilə ilk razılığa gəlib.

Bu barədə İdmanxeber.com-a açıqlamasında klubun baş meneceri Zaur Əzizov deyib.

“Qırmızı-qaralar”ın rəsmisi təcrübəli fransalı hücumçu ilə şifahi razılıq əldə etdiklərini bildirib:

“Dabonun məsələsində hələ ki, rəsmiləşən heç nə yoxdu. Lakin hücumçu ilə ilkin razılıq əldə olunub. Qalır məsələnin rəsmiləşməsi. Şifahi razılaşmamız olsa da, hələ heç nə dəqiq deyil”.

Qeyd edək ki, Dabonun “Neftçi” ilə danışıqlar apardığı mətbuatda xəbəri yer alırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43