04 Dekabr 2023
Kateqoriyasız

Qəbələdə fanatlar “Neftçi”nin əleyhinə şüarlar səsləndirdilər

Birazdan start götürəcək “Qəbələ” – “Xəzər Lənkəran” oyunundan öncə hər iki klubun azarkeşləri bir-birilərinə dəstək şüarı səsləndiriblər.

İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hər iki klubun azarkeşləri “Qəbələ” və “Xəzər Lənkəran” deyə qışqıraraq bir-birilərinə dəstək nümayiş etdiriblər.

Daha sonra isə “Qəbələ”nin azarkeşləri də, lənkəranlı fanatlarla birgə “Neftçi”nin əleyhinə şüarlar səsləndiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43