Hazırda davam edən “Qəbələ” – “Neftçi” matçında gırgin anlar yaşanıb.
İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, “Neftçi” hesabı açdıqdan sonra yerli fanatlardan biri paytaxt klubunun üzvlərini təhqir edib. Bunu görən polis əməkdaşları həmin azarkeşi bölməyə aparmaq istəyiblər. Lakin yerli fanatların sərt təpkisi və klub mühafizəçilərinin köməkliyi ilə azarkeş polislərin əlindən alınıb.