“Qəbələ” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, autsaderlə oyunda “qırmızı-qaralar” Daniel Subotiç və Amit Quluzadənin xidmətindən məhrum olacaq. Buna səbəb hər iki futbolçunun sarı kart limitini doldurmasıdı.
Lakin bu itkilərə rəğmən Omar Kalabanenin dönüşü əyalət klubunu sevindirməyə biməz. 33 yaşlı təcrübəli müdafiəçi zədəsini sağaldıb və qarşıdakı oyunda “Qəbələ”yə kömək edə biləcək.
Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” matçı fevralın 1-də, saat 16:00-da başlayacaq.