Hal-hazırda davam edən "Qəbələ" – "Neftçi" matçında stadion tüstüyə bürünüb.
İdmanxeber.com-un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, "Neftçi" azarkeşləri matçın 50-ci dəqiqələrində fakel yandırblar. Fakelin tüstüsü stadionu bürüyüncə matçın baş hakimi oyunu dayandırmalı olub. Tüstü oturduqdan sonra matç yenidən davam edəcək.