Hollandiyada təlim-məşq toplantısına yekun vuran “Qəbələ” hazırlığın son günlərində şok itki ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, milli komandamızın da şərəfini qoruyan Kamran Ağayev zədələnib. Diz bağlarında problem olan Ağayevin son durumuna Bakıda aydınlıq gələcək. Bu barədə saytımıza klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Klub rəsmisi bildirib ki, Ağayev ən azı 1 ay yaşıl meydanlardan kənar qalacaq.
Lakin hər şey sabah bilinəcək. Bu gün Bakıya qayıdacaq əyalət klubunun üzvü sabah tibbi muayinədən keçəcək və onun hansı müddətə yaşıl meydanlardan kənar qalacağı tam bəlli olacaq.