08 Yanvar 2025
Kateqoriyasız

“Qəbələ”də son durum: lider önünə 4 itki ilə

Martın 30-u Topaz Premyer Liqanın 28-ci turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yola düşüb.

İdmanxebr.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.  “Qırmızı-qaralar” qarşılaşma öncəsi son məşqinə sabah saat 12:00-da “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq.

Komanda Bakıya üç itki ilə – zədəlilər İbrahima Niasse, Nikola Valentiç və Omar Kalabanesiz  yollanıb. Digər zədəli Lorenzo Ebesilionun durumuna oyun günündə aydınlıq gələcək. Zədəsi sağalan qapıçı Dieqo Kosta Silva isə artıq kollektivə qoşulub.

Xatırladaq ki, matç martın 30-u saat 18:00-da start götürəcək və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43