Dünya futbolu

“Qəbələ”dən ayrılan futbolçunun yeni klubu rəsmən bəlli oldu

Qəbələ”dən ayrılan Nika Kvekveskirinin yeni klubu rəsmən bəlli olub.

Gürcü yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək. 25 yaşlı futbolçu bu ölkənin “Tobol” klubu ilə münasibətləri rəsmiləşdirib. Klubun rəsmi saytından verilən məlumata görə tərəflər arasında 1,5 illik müqavilə imzalanıb. Nika yeni klubunda 21 nömrəli formanı geyəcək.

Kvekeskiri “Qəbələ”yə ötən mövsüm Bakı “İnter”indən keçmişdi. Gürcüstan millisinin üzvü cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43