Antalyada hazırlığlarını davam etdirən “Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, ilk matçında “qırmızı-qaralar” Türkiyə I Liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşıblar və 3:2 hesabı ilə qalib gəliblər.
İkinci matçındakı rəqibi isə Ukrayanın “Vorskla” (Poltava) klubu olub. Bu oyunda da “Qəbələ” meydanı qalib tərk edib.
17 iyun
Yoxlama oyunu
16:00. “Qəbələ” (Azərbaycan) – “Adanaspor” (Türkiyə) – 3:2
19:00. “Qəbələ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) -2:1