Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Qəbələ" daha bir futbolçunun keçidini həll edib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, əyalət komandası "İnter"in futbolçusu Məhəmməd Mirzəbəyovu heyətinə qatıb.
Son dönəmlərdə olduqca uğurlu oyun sərgiləyən gənc futbolçu ilə az öncə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ" buna qədər "Simurq"dan Samir Zərgərovla, "Sumqayıt"dan isə Andrey Popoviçlə anlaşmışdı.