“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristya, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan “qırmızı-qaralar” braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb.
Yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb.
28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın “Parana” klubunda start verib. Gənc futbolçu 2013-2014 mövsümünü Rumıniyanın “Otelul” kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.