27 Fevral 2024
Ölkə futbolu

“Qəbələ”dən rəsmi mövqe: Elnura daha bir zərbə klubundan gələ bilər

AFFA İntizam Komitəsinin az öncə açıqladığı qərara əsasən “Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev “Xəzər Lənkəran”la kubok oyununa geniş kütlə qarşısında baş hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırıblı.

Bəs görəsən komanda rəhbərliyi bu qərara etiraz olaraq apelyasiyaya şikayət verəcəkmi? Ümumiyyətlə son günlərdə intizamsızlığı ilə seçilən Elnur Allahverdiyevi hər hansı bir cəza gözləyirmi?

Klubun meneceri Zaur Əzizov idmanxeber.com-a açıqlamasında bu suallara aydınlıq gətirib:

“AFFA-nın qərarı ilə tanışıq. Gün ərzində biz apelyasiyaya şikayət verib-verməyəcəyimizlə bağlı məlumat verəcəyik. Elnur Allahverdiyevi cəzalandırmağa gəlincə, məşqçilər korpusu ilə danışacağıq, lazım gələrsə cəzalandırılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43