Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində “Qəbələ” Almaniyada “Borussiya”nın qonağı olacaq.
İdmanxeber.com-un məlumatına görə, Dortmundda baş tutacaq qarşılaşmaya maraq böyükdü. Noyabrın 5-də keçiriləcək oyun üçün 50 minə yaıxn bilet satılıb.
Qeyd edək ki, oyunun keçiriləcəyi “Siqnal İduna Park” 65 min 766 azarkeş tutumuna malikdir. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.