19 Fevral 2025
Kateqoriyasız

“Qəbələ”ni pərişan edən forvard görün hansı kluba keçdi – FOTOLAR

Gözlənilməz şəkildə “Qəbələ”dən ayrılan Daniel Subotiç özünə yeni klub tapıb.

İdmanxeber.com-un məlumatına görə, serbiyalı hücumçu bundan sonra karyerasını Asiyada davam etdirəcək. 

25 yaşlı forvarda Küveytin “Al Qadsia” klubunun ona təklif etdiyi müqaviləyə “hə” cavabnı verib və anlaşıb.

Qeyd edək ki, Subotiç ailə problemlərinə görə “Qəbələ”dən ayrıldığını açıqlamışdı. Ancaq görünür məsələ elə məvacib imiş. Hər halda “Qəbələ”dən istədiyi qədər pul qopara bilməyən Subotiç futbol ölkəsi kimi tanınmayan Küveytdə niyə top qovsun ki?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43