23 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin 3 problemi (KİÇİK QEYD)

Əslində komandanı ilk təsnifatdan bu yana Avropa Liqasının qrup mərhələsinə daşıyan, oyun sistemi çökmüş, özgüvənin sıfıra enmiş komandaya yeni bir ruh gətirən, komanda oyununu futbolçularına ən yüksək formada aşılayan kəs elə həmin Roman Qriqorçuk idi.

Premyer Liqada 6 turdu qələbə üzünə həsrət qalmış, uğursuzluq zolaqından qurtula bilməyən komandanın da başında Qriqorçuk dayanıb. Ancaq burada bir neçə məqam var.

1. Özgüvənin azalması. "Qəbələ"ni sadəcə bir qələbə sözün əsl mənasında dirçəldə bilər. Komanda da qələbə ruhunun oyanması üçün sadəcə 3 xal yetərlidi. Və beləliklə futbolçularda özünəinam artacaq, qələbə qələbələri gətirəcək.

2. Bəxtsizlik. "Qəbələ" bu 6 turda keçirdiyi oyunlarda rəqiblərindən birbaş üstün futbol sərgiləyib. Rəqibindən daha çox qol imkanı yaxalayan, ancaq bundan ən yaxşı formada faydalana bilməmək bu uğursuzluqa zəmin yaradan amillərdəndi.

3. Ümidsizlik. "Qarabağ"ın xal itirmədən inamla irəliləməsi (son tur xaric) "Qəbələ" futbolçularının da qızıl medal şanslarına olan həvəsinin azalmasına gətirib çıxardıb. Düzdü marafon uzundu, ancaq ortada bir reallıq var. İkincilik isə özü gələcək. Onsuz da yarımcan çempionatda "Qəbələ"nin ikinci yeri tutması üçün gücünün 50%-ni istifadə etməsi kifayət edər.

Şübhəm yoxdur ki, gəlişi ilə ilk mövsümündəcə tarix yazan Qriqorçuk yuxarıda sadalanan məqamların öhdəsindən gələ bilməyə. Sadəcə sona kimi inanmaq, dəstək olmaq kifayət edər. 

"Qəbələ"nin qələbələri çox uzaqda deyil.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43