16 Oktyabr 2024
Kateqoriyasız

“Qəbələ”nin 62 yaşlı rəqibini tanıyaq: “Neftçi”nin tarixi qələbəsi Qəbələdə təkrarlana bilər

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, tarixində ilk dəfə ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" Bosniya və Hersoqovinanın "Şiroki Bryeq" klubuna rəqib olub.

"Qəbələ"nin rəqibi olan "Şiroki Bryeq"in təməli 1948-ci ildə eyni adlı qəsəbədə qoyulub. Komanda ev oyunlarını  8 min azarkeş tutumuna malik "Peskara arena"da keçirir. 

Komandanın prezidenti Zlatan Mijo Jeliç, baş məşqçisi isə Slaven Musadı. Komandanın rəngləri isə göy və ağdı.

"Şiroki Bryeq"in uğurlarına gəldikdə isə komanda Premyer Liqada iki dəfə çempionluq sevinci yaşayib – 2003-04, 2005-06.

İkinci divizionda isə 1994, 1995, 1996, 1997, 1998 illərdə 5 dəfə çempion olub. 

Çempionlar Liqasında iki mübarizə aparan komandanın bu mötəbər turnirdəki ilk  rəqibi "Neftçi" olub. Bizə yad olmayan bosniyalılarla səfərdə 1:2 uduzsaq da, evdə top buraxmadan qalib gələrək (1:0) mərhələ adlamışdıq. Həmin matç "Şiroki Bryeq"in ÇL-də ilk matçı idi.

Ümumilikdə Avropa Liqasında 34 oyun keçirən komanda bu matçların 12-də qələbə qazanıb 5 -də heç-heçə edib. 17 matçda isə məğlubiyyət qaçılmaz olub.

Təmsilçimiz ilk oyunu evdə, cavab görüşünü isə səfərdə keçirəcək.

Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab görüşləri isə ayın 10-da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43