Topaz Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qələbə qazandıqları matçı belə şərh edib:
“Şərhim qısadır. Biz bu oyuna qələbə üçün çıxmışdıq. Buna da nail olduq. Əsas məsələ 3 xal qazanıb, psixoloji durumu düzəltməli idi. Bu oyun bizim üçün çox vacib əhəmiyyət daşıyırdı”.