Ötən həftə məşq zamanı zədələnən “Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta Silva əməliyyat olunacaq.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə açıqlama verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov qolkiperin dizində mensk yırtığı əmələ gəldiyini bildirib:
“Dieqo ötən həftə məşqdə zədələndi. Müayinə zamanı dizində mensk yırtığı olduğu müəyyənləşdi. Müayinədən sonra onu əməliyyat üçün vətəni Braziliyaya yola saldıq. Dieqonun yanvar ayının ortalarında məşqlərə qatılması gözlənilir.”