Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin Antalyada keçirəcəyi yoxlama görüşlərindəki daha iki rəqibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar” yanvarın 25-də Macarıstanın “Haladaş”, ayın 29-da isə Türkiyənin “Altınəsr” klubu ilə yoxlama oyunu keçirəcək.