Təlim-məşq toplanışını Türkiyədə keçirəcək “Qəbələ”nin daha iki rəqibinin adına aydınlıəq gəlib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar” Ukraynanın “Dnepr” və Almaniyanın “Osnabürq” komandaları ilə qarşılaşacaq.
“Qəbələ” ilk görüşünü almanlara qarşı keçirəcək. Qarşılaşma yanvarın 17-də baş tutacaq. “Dnepr”lə qarşılaşma isə yanvarın 24-də baş tutacaq.
Təmsilçimizin daha iki yoxlama oyunu isə İsveçrənin “Surix” və Bolqarıstanın “Levski” komandalarına qarşı olacaq.