“Qəbələ” klubunun futbolçusu Ermin Zets növbəti dəfə Bosniya və Herseqovina milli komandasına dəvət alıb.
İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″nın pley-off mərhələsinin İrlandiya ilə oyunları üçün heyətə çağırılan Zetsin noyabrın 9-da millinin düşərgəsində olması istənilib.
Bosniya və Hersoqovinanın İrlandiya ilə ilk matçı öz meydanında (13 noyabr), cavab matçı isə 3 gün sonra (16 noyabr) səfərdə olacaq.
Qeyd edək ki, daha öncə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.