Ölkə futbolu

“Qəbələ”nin futbolçusu rəsmən “Sumqayıt”da – FOTO

“Sumqayıt” Futbol Klubu transfer çalışmalarını davam etdirir.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, dünən Ramil Mansurovu heyətinə qatan komanda “Qəbələ”də çıxış edən Tərzin Cahangirovla müqavilə imzalayıb.

21 yaşlı futbolçu icarə əsasında çıxış edəcək. Tərzin yeni klubunda 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, əslən sumqayıtlı olan Tərzin futbolda ilk addımlarını da Sumqayıtda atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43