Avropa Liqasının II təsnifat mərhələsində Serbiya “Çukariçki”sini məğlub edən “Qəbələ”nin növbəti mərhələdəki rəqibi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Litvanın “Trakayi” klubunu iki oyunu nəticəsində məğlub edən Kipr təmsilçisi “Apollon” III mərhələdə “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk görüşün iyulun 30-da Kiprdə keçiriləcəyi gözlənilir.