Ölkə futbolu

“Qəbələ”nin məşqçisi: “Komandamız “Qarabağ”la oyunda yorulmuşdu”

Topaz Premyer Liqasının XVII turunda keçirilən “Sumqayıt” – “Qəbələ” oyunu 1-1 hesabı ilə başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin məşqçisi Sənan Qurbanov matçı belə şərh edib:

“Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43