Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”yə uduzaraq avrokuboklarla vidalaşan “Panatinaikos” Yunanıstan Futbol Federasiyasının İntizam Komitəsi (İK) tərəfindən sərt cəzalandırılıb.
İdmanxeber.com-un məlumatına görə, noyabrın 21-də əzəli rəqibi “Olimpiakos”la matçdan öncə stadionda təhlükəsizliyin tam təmin olunmaması “ağ-yaşıllar”ın tarixi cəza ilə üz-üzə qoyub. Beləliklə, təxirə salınmış matçda “Panatinaikos”a 0:3 hesablı məğlubiyyət, 4 oyunluq azarkeşsiz oynama və 190 min avro cəzası verilib.
Qeyd edək ki, bu cəza “Panatinaikos” klubunun tarixində ən sərt cəza kimi tarixə keçib.