26 Noyabr 2024
İdman

“Qəbələ”nin qış hazırlıq planı

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaqlar. Bölgə klubunun qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaqlar. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib. Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”,  27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43