27 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ”nin rəqibini yaxından tanıyaq: Həm uğurlu, həm uğursuz

Tarixində ikinci dəfə Avropa Liqasına vəsiqə qazanan “Qəbələ”nin bu turnirdəki rəqibi bəlli olub.

İdmanxeber.comun məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə üz-üzə gələcək.

Tblisini təmsil eədn klubu yaxındna tanıyaq:

“Dinamo” 1925-ci ildə yaradılıb. 90 yaşlı komandanın heyətində 4 fərqli ölkədən futbolçu çıxış edir. Bunlar Slovakiya, Braziliya, Serbiya və İspaniyadan olan oyunçulardı. 

Komanda bugünə kimi avrokuboklarda 145 matç keçirib. Gürcüstan klubu bu oyunlarda 65 qələbə, 21 heç-heçə və 59 məğlubiyyət alıb. Komanda avrokuboklarda son 3 mövsümdə olduqca bərbad çıxış edir. Bu komandamızın lehinə olan amildi.

“Dinamo” ev oyunlarını 54 min azarkeş tutumuna malik “Boris Paichadze Dinamo Arena”da keçirir. Komanda ev oyunlarında tünd göy, səfər oyunlarında isə ağ rəngli formadan istifadə edir. 

“Dinamo”nun ən böyük uğuru isə 2004-2005 mövsümünə təsadüf edir. Gürcülər həmin mövsümdə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıblar.  Kifayət qədər avrokubok təcrübəsi olan gürcülər həm də təmsilçimiz üçün uğursuz rəqib saymaq olar. 

Komanda UEFA  klub reytinqində 6.875 xalla 218-ci yerdə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43