Dünyadan

“Qəbələ”nin sabiq futbolçusu Türkiyə klubunda

“Qəbələ”nin sabiq futbolçusu Deyan Kelxar özünə yeni komanda tapıb.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı sloveniyalı futbolçu Türkiyə PTT I liqasında mübarizə aparan “Sivasspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. Yarımmüdafiəçi Sivas təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Kelxar 2012/13 mövsümündə “Qəbələ”də çıxış edib. O, “qırmızı-qaralar”ın heyətində 34 oyun keçirib və 1 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43