Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında yeganə qələbəni “Qəbələ” qazanıb.
Idmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”la görüşən Yuri Syominin komandası böyük hesabla qalib gəlib – 3:0.
Azərbaycan kubokunun 22 illik tarixində indiyədək 7 dəfə yarımfinalda 3 və ya daha çox top fərqi qeydə alınmışdı. “Qəbələ” 8-ci böyükhesablı qələbənin müəllifi olub.
Maraqlıdır ki, sonuncu böyük hesab məhz bu komandanın iştirakı ilə matçda qeydə alınmışdı. 5 il əvvəl əyalət təmsilçisi “İnter”lə ilk oyunda 0:5 hesabı ilə uduzmuşdu.
Ümumilikdə yarımfinaldakı böyükhesablı nəticələrin 3-ü ilk, 5-i cavab oyunlarına təsadüf edib.
1993 |
1/2 final |
İnşaatçı (Bakı) – İnşaatçı (Sabirabad) |
1:0, 1:4 |
1993/94 |
1/2 final |
Qarabağ (Ağdam) – Xəzər (Lənkəran) |
3:0, -:+ |
1995/96 |
1/2 final |
Xəzri (Buzovna) – Qarabağ (Ağdam) |
1:0, 0:3 |
1996/97 |
1/2 final |
Qarabağ (Ağdam) – Kəpəz (Gəncə) |
1:0, 0:3 |
1998/99 |
1/2 final |
Neftçi (Bakı) – Turan (Tovuz) |
0:1, 3:0 |
2005/06 |
1/2 final |
XəzərLənkəran – Karvan (Yevlax) |
1:0, 0:3 |
2008/09 |
1/2 final |
İnter (Bakı) – Qəbələ |
5:0, 0:2 |
2013/14 |
1/2 final |
Qəbələ – Xəzər Lənkəran |
3:0 |