Ölkə futbolu

“Qəbələ”nin yeni baş məşqçisi: “Avropa Liqasına az vaxt qalması böyük problem deyil”

"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu təyinatı ilə bağlı ilkin təəssüratlarını gabalafc.az-la bölüşüb. İdmanxeber.com-un məlumatına görə, rumıniyalı mütəxəssis yeni komandasında uğur qazanmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.

– Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdur. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdir. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdir ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.

– Qısa müddət sonra "Qəbələ"ni Avropa Liqasında çətin sınaq gözləyir…

– Avropa Liqasına az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi hazırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətlikomanda yaratmaqdır.

– Yəqin ki, komanda üçün yaradılan şərait barədə məlumatlısınız…

– Buradakı hazırlıq şəraiti çox yaxşıdır. Əldə etdiyim məlumata görə Qəbələdəki şərait də yüksək səviyyədədir. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib faktorlardır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43