“Qəbələ” rəhbərliyi ilə görüşdən sonra başa düşdüm ki, bunlar ciddi və iddialı insanlardı. Onlar bu yolda çoxlu işlər görüblər və indi də davam etdirirlər. Bu şəxslərlə söhbətdən sonra məndə çox yaxşı təəssürat yarandı. Məhz bu amil seçimimdə həlledici oldu”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Futbol 2” kanalına müsahibəsində deyib:
“Bizim hələ yayda da əlaqəmiz olmuşdu. Ona görə də münasibətimiz yaxşı idi. Bu dəfə isə təklif gələndə Azərbaycana getməyə qərar verdim. Üç gün boyunca yerində şəraitlə tanış oldum və razılığa gəldik. “Çernomorets”dəki məşqçilər heyəti tam olaraq Azərbaycana gələcək.
Düzünü desəm, “Çernomorets”dən “Qəbələ”yə gətirmək istədiyim oyunçular var.
Klub üçün hər cür şərait yaradılıb. Çox gözəl stadion və bir neçə məşq meydançası var. Komanda liderlər qrupunda olmaq və mütləq avrokuboklarda oynamaq istəyir. Bütün bunlar mənim də iddialarımla üst-üstə düşür. Əlimdən gələn hər şeyi etmək istəyirəm ki, yüksək səviyyəyə qalxaq, avrokuboklarda uğur qazanaq, hədəflərimizi daha da yüksəldək”.