“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun köməkçilərinin kimliyi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, ukraynalı mütəxəssisə hal-hazırda “Qəbələ”də çalışan Sənan Qurbanov və Dmitri Kramarenko kömək edəcəklər.
Qriqorçuk özü ilə gətirəcəyi mütəxəssislər isə Mixail Savka və Stepan Matviyivdir. Hər iki mütəxəssis Odessa “Cernomorets”ində baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərirdi.