“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.com-un məlumata görə, qabonlu futbolçu “Liverpul”un maraq dairəsinə düşüb.
Son zamanlar uğurlu çıxışı ilə fərqlənən 26 yaşlı futbolçu “Liverpul”un yeni baş məşqçisi Yurgen Kloppun da diqqətini cəlb edib.
Almaniyalı mütəxəssis yenidən sabiq futbolçusu ilə birgə çalışmaq istəyir. Artıq ingilis klubu Dortmund təmsilçisi ilə danışıqlara başlayıb.