“Qarabağ”ın hücumçusu Maqaye Qeyenin “Everton” karyerasına toxunulub.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpool Echo” nəşri “Everton”un sabiq futbolçuları barədə yazı dərc edib. Yazıda hazırda “Qarabağ”da forma geyinən Qeyenin Liverpul təmsilçisində dörd mövsüm oynadığı və bir qol vurduğu qeyd edilib:
“Adanaspor”da üç uğurlu mövsüm keçirdikdən sonra Qeye “Osmanlıspor”a keçdi. Maqaye 2019-cu ilin yayından “Qarabağ”dadır. O, Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə ilk oyununda (2:3) “Panenka” penalti ilə azərbaycanlıların diqqətini çəkdi”.
Qeyd edək ki, seneqal əsilli fransalı futbolçu 2010-2014-cü illərdə “Everton”da oynayıb.