Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.
İdmanxeber.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o ötən gün vəfat edib.
Qeyd edək ki, Fərhad Kasimov 2017-ci ildən Azərbaycan Qılıncoynatma Federasiyasında vitse-prezident vəzifəsini icra edirdi.