29 Sentyabr 2024
Ölkə futbolu

“Qırmızı” almağımız oyunumuza mane oldu” – Mateus Saldanya

Misli Premyer Liqasının 32-ci turunda “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, görüş Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:2. Matçından ardından “Neftçi”nin braziliyalı futbolçusu Mateus Saldanya görüş barədə fikirlərini bildirib:

“Çətin oyun olacağı bəlli idi. Bəlkə də azlıqda qalmasaydıq hesabı bərabərləşdirə bilərdik. “Qırmızı” almağımız oyunumuza mane oldu. Ancaq bu matç artıq geridə qaldı. İndi qarşıdakı görüşlərə köklənməliyik”.

Xatırladaq ki, “Neftçi”nin oyunçusu Voyislav Stankoviç oyunun 31-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43