Bu il daha çox güclü futbolçularını satmaqla gündəmə gələn “Mançester Yunayted” klubu bu dəfə qapısını gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-şeytanlar” “Voyvodina”nın 17 yaşlı qolkiperi Vanya Milinkoviçlə heyətini gücləndirib. Gənc yaşda olmasına baxmayaraq qolkiper bir neçə klubun diqqət mərkəzində düşüb. Bundan əlavə Milinkoviç Serbiya millisinin 19 yaşlılardan ibarət milisində də forma geyinir.