Hazırda Azərbaycan Premyer Liqasında son sırada qərar tutan “Kəpəz”in qış fasiləsində reallaşdırmaq istədiyi ilk dəyişiklik məlum olub.
İdmanxeber.com-un məlumatına görə, söhbət hazırda əvəzedici heyətin baş məşqçisi postunda çalışan Azər Məmmədovun göndərilməsindən gedir. Onun əvəzinə isə əsas komandanın məşqçisi Vidadi Rzayev gətiriləcək.
Qeyd edək ki, Rzayev Gəncə təmilçisi I Divizionda çıxış edərkən bir ara klubun baş məşqçi vəzifəsini icra edib. 2016-cı ildə isə komandanın 19 yaşlılardan ibarət futbolçularını çalışdırıb.