Bu gün 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, bu mükafat üçün "Barselona"dan Lionel Messi və Neymar, "Real"dan Kriştianu Ronaldo mübarizə aparıb.
FİFA-nın sorğusuna əsasən, Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi ötən ilin ən yaxşı seçilib. O, səsvermədə Madrid "Real"ından Kriştiano Ronaldo, "Barselona"dan Neymarı qabaqlayıb.
Bununla da Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.
Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illər, Ronaldo isə 2008, 2013 və 2014-cü illərdə "Qızıl top" mükafatını qazanıb.